...

İran nüvə proqramı çərçivəsində bütün tələbləri yerinə yetirib

Dünya xəbərləri Materials 17 Yanvar 2016 01:43 (UTC +04:00)

Bakı. Trend:

İran nüvə proqramı çərçivəsində bütün tələbləri yerinə yetirib.

İranın nüvə proqramının məhdudlaşdırmasına dair hesabat Beynəlxalq Atom Enerjisi Agentliyinə (BAEA) üzv dövlətlərə təqdim olunub.

Trend-in məlumatına görə, bu barədə təşkilatın baş direktoru Yukiya Amano deyib.

Xatırladaq ki, iyulun 14-də nüvə proqramı üzrə "altılıq"la İran yekun razılıq sənədi imzalayıb. Həmin sənədə əsasən, Tehran nüvə proqramını dinc məqsədlər üçün istifadə edəcək, qarşı tərəf isə bu şərti yerinə yetirdiyi halda beynəlxalq sanksiyaları aradan qaldıracaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti