Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyənin Suriya ilə sərhəd olan Mardin şəhərində yeraltı keçidlərin birində partlayış baş verib. Trend Türkiyənin "Anadolu" agentliyinə istinadən məlumat verir ki, partlayışın səbəbi hələ məlum deyil.
Partlayış nəticəsində 4 nəfər yaralanıb, onların vəziyyəti ağır qiymətləndirilir.
Yaralıların Türkiyə vətəndaşları olduğu bildirilir. Partlayışın səbəbi ilə bağlı araşdırma aparılır.