...

Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı

Dünya xəbərləri Materials 10 Mart 2016 19:44 (UTC +04:00)
Avropa İttifaqı (Aİ) Rusiyaya, Ukrayna vətəndaşlarına və hüquqi şəxslərə qarşı sanksiyaların müddətini bu gün uzadıb.
Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı

Bakı. Elçin Hüseynov - Trend:

Avropa İttifaqı (Aİ) Rusiyaya, Ukrayna vətəndaşlarına və hüquqi şəxslərə qarşı sanksiyaların müddətini bu gün uzadıb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, sanksiyalar Ukraynanın ərazi bütövlüyünün pozulmasında məsuliyyət daşıyan 186 şəxsə şamil olunur.

Sanksiyalar sentyabrın 15-dək qüvvədə qalacaq. Ümumi siyahıda 37 nəfər hüquqi şəxs hesab olunur. Sanksiyalara əsasən, siyahıdakı şəxslərin bank hesabları dondurulur, Aİ ərazisinə səfərlər isə qadağan olunur.

Ukraynanın ərazi bütövlüyünün pozulmasında məsuliyyət daşıyan şəxslərə sanksiyaların müddəti artıq ikinci dəfədir uzadılır.

Fərdi sanksiyalardan başqa, Aİ Rusiyaya qarşı iqtisadi sanksiyalar barədə də qərar qəbul edib. Bu növ sanksiyalar isə 2016-cı il iyulun 31-dək qüvvədə olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti