...

Con Kerri Dağlıq Qarabağ münaqişəsinin tərəflərini atəşkəsə riayət etməyə çağırıb

Dünya xəbərləri Materials 3 Aprel 2016 02:44 (UTC +04:00)
ABŞ Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəsin pozulmasını qətiyyətlə pisləyir və tərəfləri təmkinli olmağa çağırır, çünki münaqişənin hərbi həlli yoxdur.
Con Kerri Dağlıq Qarabağ münaqişəsinin tərəflərini atəşkəsə riayət etməyə çağırıb

Trend-i buradan izləyin

Bakı. Trend:

ABŞ Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəsin pozulmasını qətiyyətlə pisləyir və tərəfləri təmkinli olmağa çağırır, çünki münaqişənin hərbi həlli yoxdur. Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata əsasən, bunu ABŞ-ın dövlət katibi Con Kerri deyib.

"ABŞ dinc əhali arasında da ölümlə nəticələnən Dağlıq Qarabağda qoşunların təmas xətti boyunca atəşkəs rejiminin genişmiqyaslı şəkildə pozulmasını qətiyyətlə pisləyir", - deyə Kerri qeyd edb.

Qeyd edək ki, aprelin 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu möqelərimiz və yaşayış məntəqələrimiz düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Bunun nəticəsində mülki əhali arasında ölən və yaralananlar var.

Döyüşlərdə ermənilərə məxsus 6 ədəd tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, o cümlədən yüzdən çox hərbi qulluqçusu ölüb və yaralanıb.

Düşmənlə döyüşlərdə Silahlı Qüvvələrimizin 12 hərbi qulluqçusu şəhid olub. Erməni mövqelərinə aviasiya zərbələri zamanı əməliyyata cəlb olunan 1 ədəd Mi-24 helikopteri düşmən tərəfindən vurulub və 1 ədəd tank mina partlayışı zamanı sıradan çıxıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti