...

İran Aİ ölkələrinə qaz ixrac edə bilər

Dünya xəbərləri Materials 13 Aprel 2016 15:23 (UTC +04:00)
Avropa İttifaqı (Aİ) İrandan qaz tədarükünə dair danışıqlar aparacaq. Trend-in məlumatına görə, bu barədə TASS-a Aİ-dəki mənbə bildirib.
İran Aİ ölkələrinə qaz ixrac edə bilər

Bakı. Elçin Hüseynov - Trend:

Avropa İttifaqı (Aİ) İrandan qaz tədarükünə dair danışıqlar aparacaq. Trend-in məlumatına görə, bu barədə TASS-a Aİ-dəki mənbə bildirib.

Bu məsələ Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Federika Moqerininin İrana qarşıdakı səfəri zamanı müzakirə ediləcək.

Qeyd edək ki, İran mətbuatının məlumatına əsasən, F.Moqerininin başçılıq etdiyi nümayəndə heyəti Tehrana aprelin 16-da səfər edəcək. KİV-in qənaətinə görə, bu səfər İranın nüvə proqramına dair birgə fəaliyyət planının icrasından sonra Tehran-Brüssel münasibətlərində yeni səhifə açacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti