...

Qroznı şəhərinin küçələrinin biri Məhəmməd Əlinin adını daşıyacaq

Dünya xəbərləri Materials 5 İyun 2016 07:36 (UTC +04:00)
Çeçenistanın paytaxtı Qroznı şəhərində Məhəmməd Əlinin adına boks zalı tikiləcək.
Qroznı şəhərinin küçələrinin biri Məhəmməd Əlinin adını daşıyacaq

Bakı. Trend:

Çeçenistanın paytaxtı Qroznı şəhərində Məhəmməd Əlinin adına boks zalı tikiləcək.

Trend-in TASS-a istinadən verdiyi məlumata əsasən, bunu Çeçenistanın rəhbərinin səlahiyyətlərini icra edən Ramzan Kadırov özünün "Vkontakte" səhifəsində yazıb.

O həmçinin qeyd edib ki, şəhərdə küçələrin biri dahi boksçunun şərəfinə adlandırılacaq.

"Məhəmmədlə bir yerdə mənim uşaqlıq arzum da getdi. Həmişə istəyirdim ki, o, Çeçenistana gəlsin, məndə, boksu sevən bir oğlan, onun əlini sıxa bilim. Məhəmmədin sayəsində mən boksçu oldum, minlərlə oğlanlara boksla məşğul olmaq üçün şərait yaratdım", deyə Kadırov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti