...

Məhəmməd Əli iyunun 10-da dəfn olunacaq

Dünya xəbərləri Materials 5 İyun 2016 01:10 (UTC +04:00)
Əfsanəvi boksçu Məhəmməd Əli ABŞ-ın Kentukki ştatının Luisvil şəhərində iyunun 10-da dəfn olunacaq.
Məhəmməd Əli iyunun 10-da dəfn olunacaq

Bakı. Trend:

Əfsanəvi boksçu Məhəmməd Əli ABŞ-ın Kentukki ştatının Luisvil şəhərində iyunun 10-da dəfn olunacaq.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, bunu boksçunun ailəsinin nümayəndəsi bildirib.

Onun sözlərinə görə, dəfn mərasimi boksçu ilə vidalaşmaq istəyən hər bir kəs üçün açıq olacaq.

Məhəmməd Əli 74 yaşında Finiks (ABŞ) xəstəxanalarının birində cümə günü dünyasını dəyişib. Boksçu orada son bir neçə gününü ağciyərində yaranan problemə görə keçirmişdi. İdmançı 1984-cü ildən Parkinson xəstəliyindən əziyyət çəkirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti