...

Nyu Yorkda küçələrdən birinə Məhəmməd Əlinin adı verildi

Dünya xəbərləri Materials 8 İyun 2016 00:42 (UTC +04:00)
Nyu Yorkun yerli hakimiyyəti şəhər küçələrindən birinə bu yaxınlarda vəfat etmiş əfsanəvi boksçu Məhəmməd Əlinin adını verib.
Nyu Yorkda küçələrdən birinə Məhəmməd Əlinin adı verildi

Bakı. Trend:

Nyu Yorkun yerli hakimiyyəti şəhər küçələrindən birinə bu yaxınlarda vəfat etmiş əfsanəvi boksçu Məhəmməd Əlinin adını verib. Bu barədə Trend "Frans Press" agentliyinə istinadən məlumat verir.

Şəhərin meri Bill de Blazio 33-cü Uest strit küçəsinin adının müvəqqəti dəyişdirilərək Məhəmməd Əli adlandırıldığını bildirib. Elə bu küçədə M.Əlinin heç də az döyüş keçirmədiyi, o cümlədən 1971-ci ildə rinqdə Co Freyzerlə qarşılaşdığı "Medison Skver Qarden" idman sarayı yerləşir.

Məhəmməd Əlinin 80 milyon dollarlıq mirası nə olacaq? (FOTO)

Məhəmməd Əlinin 80 milyon dollarlıq mirası nə olacaq? (FOTO)

B.Blazio qeyd edib: "Məhəmməd Əli bizim şəhərin mərkəzi küçələrindən birinə onun adının verilməsinə layiqdir".

Küçənin adı bu qərarın Şəhər Şurası tərəfindən bəyənilməsindən sonra birdəfəlik dəyişdirilə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti