...

Türkiyədə növbəti partlayışı PKK törədib: 3 ölü, 20 yaralı (ƏLAVƏ OLUNUB-4) (FOTO)

Dünya xəbərləri Materials 8 İyun 2016 14:12 (UTC +04:00)
Türkiyənin Mardin vilayətində polis məntəqəsi yaxınlığında minalanmış avtomobil partladılıb.
Türkiyədə növbəti partlayışı PKK törədib: 3 ölü, 20 yaralı (ƏLAVƏ OLUNUB-4) (FOTO)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 13:11-də yayılıb)

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin Baş naziri Binəli Yıldırım Mardin vilayətindəki partlayışı terror aktı adlandırıb və onun arxasında PKK terror təşkilatının dayandığını deyib.

Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, B.Yıldırım qeyd edib ki, terror aktı nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb.

Onun sözlərinə görə, Türkiyə heç nəyə baxmayaraq, terrorçuluqla mübarizəni davam etdirəcək.

X X X

13:37

İlkin məlumata görə, partlayış nəticəsində 2 nəfər həlak olub, 20 nəfər yaralanıb.

Bu barədə Trend "TRT Haber" telekanalına istinadən məlumat verir.

X X X

13:11

Türkiyənin Mardin vilayətində polis məntəqəsi yaxınlığında minalanmış avtomobil partladılıb.

Trend-in "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində ölən və yaralananlar var.

Hazırda onların sayı dəqiqləşdirilir.

Hadisə yerinə yanğınsöndürənlər və təcili yardım maşınları gəliblər.

İlkin məlumata görə, partlayışı PKK terror təşkilatı törədib. İnsidentdən sonra vilayətdə PKK-ya qarşı geniş əməliyyatlar başlayıb.

Partlayış nəticəsində qonşu bina zərər görüb.

Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya çatdırılıb.

Rəsmi şəxslər insidenti hələ şərh etməyiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti