...

"Mirror": İŞİD-ın başçısı öldürülüb

Dünya xəbərləri Materials 14 İyun 2016 15:56 (UTC +04:00)

Bakı. Elçin Hüseynov - Trend:

İŞİD terror təşkilatının lideri Əbu Bəkr əl-Bağdadi ABŞ-ın rəhbərlik etdiyi antiterror koalisiyasının hava zərbələri nəticəsində öldürülüb.

Bu barədə Trend "Mirror" qəzetinə istinadən xəbər verir.

Qəzet yazır ki, Əbu Bəkr əl-Bağdadi iyunun 10-da Rakka şəhəri istiqamətində endirilən aviazərbələr nəticəsində məhv edilib. Digər mənbələrin bildirdiyinə əsasən, İŞİD lideri İraqın Mosul şəhərində öldürülüb.

İyunun 10-daİraqın "əs-Sumariya" telekanalının yaydığı xəbərə görə, Əbu Bəkr əl-Bağdadi və onun tərəfdaşları İraq - Türkiyə sərhədi yaxınlığında yaralanıblar. Bu məlumatı koalisiya təsdiqləməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti