...

Məşhur aktrisa Enn Heteuey qadın hüquqlarının müdafiəsi üzrə BMT-nin xoşməramlı səfiri seçilib

Dünya xəbərləri Materials 16 İyun 2016 05:23 (UTC +04:00)
Amerikalı aktrisa, "Oskar" mükafatının sahibi Enn Heteuey BMT-in gender bərabərliyi və qadınların hüquq və imkanlarının genişləndirilməsi üzrə xoşməramlı səfiri seçilib.
Məşhur aktrisa Enn Heteuey qadın hüquqlarının müdafiəsi üzrə BMT-nin xoşməramlı səfiri seçilib

Bakı. Trend:

Amerikalı aktrisa, "Oskar" mükafatının sahibi Enn Heteuey BMT-in gender bərabərliyi və qadınların hüquq və imkanlarının genişləndirilməsi üzrə xoşməramlı səfiri seçilib. Bu barədə Trend RİA Novosti agentliyinə istinadən xəbər verir.

Aktrisa bildirib ki, gender bərabərliyinə nail olmaqda kömək etmək imkanından xoşhallanır. "Artıq müəyyən irəliləyiş əldə olunub, ancaq vaxt gəlib çatıb ki, biz kollektiv şəklində öz səylərimizi aktivləşdirək və əsl bərabərliyin nail olasını təmin edək", deyə aktrisa bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti