...

Avropa miqrasiya böhranı ilə mübarizəyə 2 dəfə çox maliyyə ayırır

Dünya xəbərləri Materials 22 İyun 2016 13:28 (UTC +04:00)
Avropa İnvestisiya Bankı (AİB) qaçqınların Avropa İttifaqına (Aİ) axınının azaldılmasına dair layihələrə əvvəlcə nəzərdə tutulandan iki dəfə çox maliyyə vəsaiti ayırmağı planlaşdırır.
Avropa miqrasiya böhranı ilə mübarizəyə 2 dəfə çox maliyyə ayırır

Bakı. Elçin Hüseynov - Trend:

Avropa İnvestisiya Bankı (AİB) qaçqınların Avropa İttifaqına (Aİ) axınının azaldılmasına dair layihələrə əvvəlcə nəzərdə tutulandan iki dəfə çox maliyyə vəsaiti ayırmağı planlaşdırır.

Trend "Sueddeutsche Zeitung" qəzetinə istinadən xəbər verir ki, bu barədə AİB-in rəhbəri Verner Hoyer bildirib.

O deyib ki, gələn 5 il ərzində miqrasiya səbəblərinin qarşısının alınmasına əlavə 6 milyard avro sərf olunacaq: "Həmçinin qərara alınıb ki, Avropa ən çox qaçqın qəbul edən ölkələri dəstəkləyəcək".

Maliyyə vəsaitləri məktəblərin inşasına, səhiyyə sisteminin təkmilləşdirilməsinə və içməli su ilə təhcizata yönəldiləcək. İlk növbədə, vəsait İordaniya, Livan, Misirə və digər ölkələrə ayrılacaq. Maliyyə vəsaitinin bir hissəsini Serbiya və Albaniya kimi ölkələr də alacaq.

Qeyd edək ki, 2015-ci il ərzində Aİ ölkələrinə 1,8 milyon miqrant daxil olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti