...

Şotlandiya Britaniyadan ayrıla bilər

Dünya xəbərləri Materials 24 İyun 2016 16:19 (UTC +04:00)
Şotlandiyanın Böyük Britaniyadan ayrılaraq müstəqillik haqqında yenidən referendum keçirməsi ehtimalı böyükdür.
Şotlandiya Britaniyadan ayrıla bilər

Bakı. Trend:

Şotlandiyanın Böyük Britaniyadan ayrılması haqqında yenidən referendum keçirməsi ehtimalı böyükdür.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Şotlandiyanın birinci naziri xanım Nikola Stercen deyib.

Onun sözlərinə görə, britaniyalılar Avropa İttifaqından çıxmağın lehinə səs verdikdən sonra referendum məsələsi gündəmdə olmalıdır: "Şotlandiyanın öz iradəsi olmadan Aİ-nin tərkibindən çıxarılması demokratik baxımdan qəbul edilə bilməz".

Xatırladaq ki, iyunun 23-də keçirilən referendumda Böyük Britaniyada Aİ-dən çıxmağa (Brexit) səs verənlərin sayı çoxluq təşkil edib. Referendumda iştirak edənlərin 52 faizi Birləşmiş Krallığın Aİ-ni tərk etməsini istəyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti