...

Futbol üzrə İngiltərə yığmasının baş məşqçisi istefa verib

Dünya xəbərləri Materials 28 İyun 2016 05:24 (UTC +04:00)
“Avro-2016”nın 1/8 final mərhələsində gözlənilmədən İslandiyaya məğlub olan İngiltərənin baş məşqçisi Roy Hocson vəzifəsindən istefa verib
Futbol üzrə İngiltərə yığmasının baş məşqçisi istefa verib

Bakı. Trend:

“Avro-2016”nın 1/8 final mərhələsində gözlənilmədən İslandiyaya məğlub olan İngiltərənin baş məşqçisi Roy Hocson vəzifəsindən istefa verib.

Trend-in xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, 68 yaşlı mütəxəssis komandasının uğursuzluğunda özünü günahkar hesab edib.

“Çox məyus oldum. Çempionatı belə erkən tərk etmək yolverilməzdir. Bunların günahı məndədir. Buna görə də getmək qərarına gəldim” - deyə Roy Hocson bildirib.

Qeyd edək ki, Hocson 2012-ci ildən İngiltərə millisini çalışdırırdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti