...

Ermənistanda silah satışı qadağan edilib

Dünya xəbərləri Materials 2 Avqust 2016 12:51 (UTC +04:00)

Bakı. Elçin Hüseynov - Trend:

Yerevanda post-patrul xidməti alayının binasının zəbt olunmasından sonra Ermənistanda silah satışı qadağan edilib. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.

Ermənistanın "Aykakan jamanak" qəzeti yazır ki, baş vermiş hadisələrdən sonra xüsusiləşdirilmiş silah dükanlarında yalnız qeydiyyat tələb etməyən və təhlükə yaratmayan pnevmatik silahın satışına icazə var. Digər silahlar satışdan yığışdırılıb. Polis bu silahları rəsmi qeydiyyata almaqdan imtina edib.

Qəzet yazır ki, polis həmçinin, ovçulardan silahlarını təhvil vermələrini tələb edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti