...

Yaponiya imperatorunun taxt-tacdan imtinası gözlənilir

Dünya xəbərləri Materials 4 Avqust 2016 13:05 (UTC +04:00)
Yaponiya imperatoru Akixito avqustun 8-i ölkə vətəndaşlarına videomüraciətində taxt-tacdan öz oğlu şahzadə Naruhitonun xeyrinə imtinası barədə bəyanatla çıxış edə bilər.
Yaponiya imperatorunun taxt-tacdan imtinası gözlənilir

Bakı. Elçin Hüseynov - Trend:

Yaponiya imperatoru Akixito avqustun 8-i ölkə vətəndaşlarına videomüraciətində taxt-tacdan öz oğlu şahzadə Naruhitonun xeyrinə imtinası barədə bəyanatla çıxış edə bilər.

Bu barədə Trend "Kyodo" agentliyinə istinadən xəbər verir.

Daha əvvəl Yaponiyanın "NHK" telekanalı xəbər verib ki, 82 yaşlı Akixitonun son vaxtlar səhhəti ilə bağlı problemləri var və bu səbəbdən bəzən ictimai tədbirlərdə iştirak edə bilmir. Onu belə tədbirlərdə böyük oğlu şahzadə Naruhito əvəz edir.

Qeyd edək ki, Yaponiya tarixində imperatorun sağ olarkan əvəz edilməsi presedenti olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti