...

Türkiyədə yük qatarı partladıldı

Dünya xəbərləri Materials 9 Sentyabr 2016 14:37 (UTC +04:00)
Türkiyənin Muş vilayətində PKK terrorçuları yük qatarını partladıblar.
Türkiyədə yük qatarı partladıldı

Bakı. Orxan Quluzadə - Trend:

Türkiyənin Muş vilayətində PKK terrorçuları yük qatarını partladıblar.

Terrorçular dəmir yolunu uzaqdan idarə edilən əldəqayırma partlayıcı qurğu ilə minalayıblar.

Trend-in "Hürriyət" qəzetinə istinadən verdiyi məlumata görə, Tatvan-Elazığ marşrutu üzrə hərəkət edən qatarın partlaması nəticəsində 7 vaqon relsdən çıxıb.

Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti