Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyədə daha öncə saxlanılmış məşhur jurnalist Əhməd Altan həbs edilib. Trend bu barədə Türkiyənin "Sabah" qəzetinə istinadən məlumat verir.
Qeyd edək ki, Ə.Altan sentyabrın 10-da iyul ayında Türkiyədə hərbi çevrilişə cəhddə ittiham olunan Fətullah Gülən hərəkatı ilə mübarizə çərçivəsində saxlanılmışdı.
Jurnalistin saxlanılmasının səbəbi olaraq televrilişlərin birində hökumət əleyhinə fikirlər səsləndirməsi göstərilir.