Bakı. Orxan Quluzadə - Trend:
Türkiyədə hərbi çevrilişə cəhddə günahlandırılan Fəthullah Gülənin ABŞ-dan başqa bir ölkəyə qaçmaq planlaşdırmasına dair kəşfiyyat məlumatları var.
Trend-in "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ deyib.
Onun sözlərinə görə, ABŞ F.Gülənin qaçışını əngəlləmək üçün onu təcili tutmalıdır.