Bakı. Trend:
Vaşinqton İŞİD-lə mübarizədə Ankara ilə sıx əməkdaşlığı davam etdirəcək.
Trend RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bunu brifinqdə Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toner bildirib.
Bu məsələlər ABŞ dövlət katibinin müavini Entoni Blinkenin Türkiyəyə səfəri çərçivəsində müzakirə olunacaq.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri avqustun 24-dən "Fərat qalxanı" adı altında Suriyada İŞİD-ə qarşı əməliyyatlara başlayıb.