...

Rusiya S-300 sistemini İrana göndərib

Dünya xəbərləri Materials 5 Dekabr 2016 11:28 (UTC +04:00)
Rusiya S-300 havadan müdafiə sistemlərinin bütün hissələrinin İrana göndərilməsini başa çatdırıb
Rusiya S-300 sistemini İrana göndərib

Bakı. Elmira Tariverdiyeva - Trend:

Rusiya S-300 havadan müdafiə sistemlərinin bütün hissələrinin İrana göndərilməsini başa çatdırıb. Trend-in IRNA agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin mətbuat katibi Hüseyn Nəqavi-Hüseyni deyib.

Onun sözlərinə görə, ləngiməyə baxmayaraq sistem artıq İrana təhvil verilib və hazırda mütəxəssislər onun texnoloji aspektlərini tədqiq edir.

Nəqavi-Hüseyni qeyd edib ki, müqavilənin icrasında ləngimələr müşahidə olunsa da, Tehran və Moskva arasında münasibətlər yüksək səviyyədədir və bu amilin mənfi təsiri qeydə alınmayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti