...

Rusiyada zəlzələ olub

Dünya xəbərləri Materials 31 Dekabr 2016 08:02 (UTC +04:00)

Bakı. Trend:

Rusiyanın Kamçatka bölgəsinin şərq sahillərində 5.2 bal gücündə zəlzələ baş verib.

Trend-in İnterfaks-a istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Petropavlovsk-Kamçatskdan 90 km şimal-şərqdə olub. Zəlzələnin ocağı 60 km dərinlikdə yerləşib.

Dağıntı və xəsarət alanlar barədə məlumat yayılmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti