...

Daha bir ölkədən Türkiyə ilə bağlı xəbərdarlıq

Dünya xəbərləri Materials 3 Yanvar 2017 14:10 (UTC +04:00)
Birləşmiş Ərəb Əmirliyi (BƏƏ) İstanbulda yeni il gecəsi baş verən terror hadisəsi ilə bağlı vətəndaşlarına xəbərdarlıq edib.
Daha bir ölkədən Türkiyə ilə bağlı xəbərdarlıq

Bakı. Trend:

Birləşmiş Ərəb Əmirliyi (BƏƏ) İstanbulda yeni il gecəsi baş verən terror hadisəsi ilə bağlı vətəndaşlarına xəbərdarlıq edib.

Trend Türkiyə KİV-ə istinadən məlumat verir ki, BƏƏ Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını müəyyən müddətə Türkiyəyə səyahətlərini təxirə salmağa çağırıb.

Bundan əvvən Almaniya, ABŞ, Avstraliya və İsveç də eyni xəbərdarlığı edib.

Qeyd edək ki, İstanbulda gecə klubunda baş verən terror aktında BƏƏ vətəndaşlarından ölən olmasa da, 7 Səudiyyə Ərəbistanı və 1 Küveyit vətəndaşı həyatını itirib. Silahlı hücumda 16-sı əcnəbi olmaqla 39 nəfər ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti