Bakı. Trend:
Keçmiş XİN başçısı Frank-Valter Ştaynmayer Almaniyanın prezidenti seçilib. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.
Bildirilir ki, Federal məclisdə 1239 nəfərdən 931-i Ştaynmayerin "lehinə" səs verib.
İlk turda qələbə əldə etmək üçün Ştaynmayer 631 səs qazanmaq lazım idi.
Qeyd edək ki, Frank-Valter Ştaynmayer əvvəldən prezident postuna əsas namizədlərdən biri sayılırdı.