Bakı. Trend:
Pakistanın Lahor şəhərində baş verən güclü partlayış nəticəsində xəsarət alanların sayı 82-yə çatıb.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə "France Press" agentliyi məlumat yayıb.
XXX
18:31
Pakistanın Lahor şəhərində baş verən güclü partlayış 16 nəfərin həyatına son qoyub.
Trend-in məlumatına görə, hadisə nətiəsində 30-dan çox adam yaralanıb.
Qeyd olunur ki, partlayış şəhərin mərkəzi meydanlarının birində mitinq keçirilən zaman törədilib.
Hadisə yerinə çoxlu sayda xilasedicilərin cəlb olunduğu məlumat verilib.