Bakı. Trend:
Rusiya Müdafiə Nazirliyi Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəhbəri Valeriy Gerasimovun ABŞ Silahlı Qüvvələrinin qərargah rəisləri komitəsinin sədri Cozef Danfordla 16 fevral Bakıda keçiriləcək görüşünü təsdiqləyib.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, Danford və Gerasimov Rusiya və ABŞ arasında hərbi əməkdaşlıq perspektivlərini və dünyanın böhranlı bölgələrində təhlükəsizlik sahəsində vəziyyəti müzakirə edəcəklər.