Bakı. Elmira Tariverdiyeva, Dalğa Xatınoğlu - Trend:
Amerika Birləşmiş Ştatları İranı regional təhlükəsizliyi pozan təxribatçı fəaliyyəti dayandırmağa çağırır.
Bunu eksklüziv olaraq Trend-ə ABŞ Dövlət Departamentinin adının açıqlanmasını istəməyən məmuru deyib.
O bildirib ki, İran tərəfindən raket proqramının inkişaf etdirilməsi və terrorçuluğun dəstəklənməsi təxribatçı xarakter daşıyır və regionda təhlükəsizliyi, sabitlik və əmin-amanlığı pozur.
Məmurun sözlərinə görə, İran üçün ABŞ-ın bu cür addımlara qarşı əks-tədbirlər görməsi gözlənilməz olmamalıdır.