Bakı. Trend:
Türkiyənin Tehrandakı səfiri Reza Hakan Təkin İranın Xarici İşlər Nazirliyinə çağırılıb.
Trend-in "Haber7"yə istinadən verdiyi məlumata görə, buna səbəb isə Türkiyə rəhbərliynin Münhen konfransında İranla bağlı çıxışları olub.
İran XİN-nin mətbuat katibi Bəhram Qasemi deyib ki: "Əgər Türkiyə İran barəsində yenədə istehzalı bəyanatlar verməyə davam edərsə, İran tezliklə öz səbirini itirə bilər".