Bakı. Trend:
Miqrasiya Xidmətinin əməkdaşları dünya şöhrətli boksçu Məhəmməd Əlinin oğlu Florida hava limanında saxlanılıb.
Trend-in məlumatına görə, insident fevralın 7-də Məhəmməd Əli (oğul) anası Xəlilə Əli ilə Yamaykadan Floridaya gələrkən baş verib.
"Miami New Times" qəzeti yazır ki, məşhur boksçunun oğlu 2 saat saxlanılıb, dindirilmə zamanı ondan iki dəfə dini mənsubiyyəti soruşulub.
Ailənin üzvü və sabiq federal prokuror Kris Mançininin sözlərinə görə, Məhəmməd Əlinin (oğul) kriminal keçmişi yoxdur, o, ABŞ vətəndaşıdır.