...

Putin ABŞ-ın Suriyaya aviazərbələri ilə əlaqədar müşavirə keçirdi

Dünya xəbərləri Materials 7 Aprel 2017 15:23 (UTC +04:00)
"Həmçinin bu faktın Rusiya-ABŞ münasibətlərinə zərər vurması ilə bağlı təəssüf qeyd olunub".
Putin ABŞ-ın Suriyaya aviazərbələri ilə əlaqədar müşavirə keçirdi

Bakı. Trend:

Rusiya Prezidenti Vladimir Putin RF Təhlükəsizlik Şurasının daimi üzvləri ilə ABŞ-ın Hums vilayətindəki Şayrat aviabazasına raket zərbələrindən sonra Suriyada vəziyyəti müzakirə edib.

Trend-in məlumatına görə, bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib.

O, görüşdə rəsmi Vaşinqtonun fəaliyyətinin beynəlxalq hüquqa zidd, təcavüz aktı kimi qiymətləndirildiyini bildirib:

"Həmçinin bu faktın Rusiya-ABŞ münasibətlərinə zərər vurması ilə bağlı təəssüf qeyd olunub".

D.Peskov əlavə edib ki, müşavirədə Rusiya Hərbi Kosmik Qüvvələrinin Suriya Silahlı Qüvvələrinin antiterror əməliyyatlarına dəstəyi davam etdirməsi məsələsi də müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti