Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 14:59-də yayılıb)
Bakı. Trend:
Rusiyanın Volqoqrad şəhərində yaşayış binasında baş vermiş partlayış nəticəsində 3 nəfər həlak olub.
Trend-in məlumatına, daha 8 nəfər xəsarət alıb.
Araşdırmalar nəticəsində məlum olub ki, partlayış su ötürücüsündə təmir aparılan zamanı qaz borusunun zədələnməsi səbəbindən baş verib.
Yaşayış binasından 40-a yaxın sakin təxliyə edilib.
X X X
14:59
Rusiyanın Volqoqrad şəhərində yaşayış binasında partlayış olub.
Trend-in məlumatına görə, qaz sızması nəticəsində çoxmərtəbəli binanın üçüncü blokunda partlayış baş verib.
İlkin ehtimala əsasən, iki nəfər xəsarət alıb.
Hadisə vaxtı girişdə 14 nəfərin olduğu deyilir.