...

Viqan şəhərində istehkamçıların iştirakı ilə polis əməliyyatı keçirilir

Dünya xəbərləri Materials 26 May 2017 00:06 (UTC +04:00)
Böyük Britaniyanın Viqan şəhərində istehkamçıların iştirakı ilə polis əməliyyatı keçirilir
Viqan şəhərində istehkamçıların iştirakı ilə polis əməliyyatı keçirilir

Bakı. Trend:

Böyük Britaniyanın Viqan şəhərində istehkamçıların iştirakı ilə polis əməliyyatı keçirilir.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, Viqanın qəsəbələrindən birinə 2 polis mikroavtobusu gəlib. Şəhərin üzərində helikopterlər uçur.

Qeyd edək ki, mayın 22-də "Mançester Arena" stadionunda amerikalı müğənni və aktrisa Ariana Qrandenin konserti zamanı iki güclü partlayış baş verib. Hadisə nəticəsində 12-si uşaq olmaqla 22 nəfər ölüb, 75 nəfər xəsarət alıb.

İŞİD terror qruplaşması partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti