...

Tehranda terror aktlarından sonra 35 nəfər xəstəxanalara yerləşdirilib

Dünya xəbərləri Materials 7 İyun 2017 13:47 (UTC +04:00)
Tehranda baş vermiş silahlı hücumlardan sonra ümumilikdə 35 nəfər xəstəxanalara yerləşdirilib.
Tehranda terror aktlarından sonra 35 nəfər xəstəxanalara yerləşdirilib

Bakı. Elmira Tariverdiyeva - Trend:

İranın paytaxtı Tehranda baş vermiş silahlı hücumlardan sonra ümumilikdə 35 nəfər xəstəxanalara yerləşdirilib.

Trend-in məlumatına görə, bu gün silahlıların parlamentdə atəş açması nəticəsində 7 nəfər ölüb.

Bundan başqa, Xomeyninin məqbərəsinə hücum edən şəxslərdən birinin özünü partlatması nəticəsində isə 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

Hazırda parlamentin binasında atışma dayanıb.

Təhlükəsizlik orqanları əməkdaşlarının terrorçulara qarşı pilotsuz uçuş aparatlarından istifadə etdiyi bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti