...

Daha bir ölkə Qətərlə əlaqələri kəsdi

Dünya xəbərləri Materials 7 İyun 2017 17:37 (UTC +04:00)

Bakı. Trend:

Qəmər adaları Qətərlə diplomatik münasibətləri dayandırdığını elan edib.

Trend-in məlumatına görə, bu barədə Qəmər adalarının Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bəyanat ölkədəki Qətər səfirliyinə təqdim edilib.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər.

Daha sonra bu ölkələrin sırasına Yəmən, Liviya, Maldiv və Mavrikiy də qoşulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti