...

Türkiyədə ağır qəza: 2 ölü, 12 yaralı

Dünya xəbərləri Materials 12 İyun 2017 21:49
Türkiyənin Mardin vilayətində ağır yol qəzası baş verib.
Türkiyədə ağır qəza: 2 ölü, 12 yaralı

Trend-i buradan izləyin

Bakı. Trend:

Türkiyənin Mardin vilayətində ağır yol qəzası baş verib.

Trend-in məlumatına görə, Artuklu ilə Qızıltəpə bölgələrini birləşdirən avtomobil yolunda betonqarışdıran yük maşınının sürücüsü idarəetməni itirərək qarşı yola çıxıb və qarşıdan gələn mikroavtobus və minik maşını ilə toqquşub.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü 27 yaşlı Dilək Değer və onun 3 yaşlı oğlu hadisə yerindəcə həlak olublar. Daha 12 nəfər yaralanıb.

Yaralılardan bir neçəsinin vəziyyətinin ağır olduğu bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti