...

Türkiyə hərbçiləri artıq QƏTƏRDƏ

Dünya xəbərləri Materials 19 İyun 2017 13:47 (UTC +04:00)
Türkiyə hərbçilərinin ilk qrupu artıq Qətərə gəlib.
Türkiyə hərbçiləri artıq QƏTƏRDƏ

Bakı. Rufiz hafizoğlu - Trend:

Türkiyə hərbçilərinin ilk qrupu artıq Qətərə gəlib. Trend-in məlumatına görə, bu barədə Türkiyə Baş Qərargahından məlumat verilib.

Məlumata görə, hərbçilər elə bu gün hərbi təlimlərə başlayacaqlar.

Bu ilin iyunun 9-da Türkiyə ilə Qətər arasında imzalanmış hərbi saziş qüvvəyə minib.

Qeyd edək ki, bu saziş 2016-cı il noyabrın 10-da Ankarada imzalanıb.

Xəbər lenti

Xəbər lenti