Bakı. Trend:
Yaraqlıların Suriyanın paytaxtı Dəməşq və bir neçə digər yaşayış məntəqəsini atəşi tutması nəticəsində 4 dinc sakin ölüb, daha 35 yaralanıb.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda Suriyanın SANA agentliyi xəbər verir.
Agentliyin məlumatına görə, minomyot və raket atəşlərini “Əl-Nusra cəbhəsi” və İŞİD terror qruplaşmaları həyata keçirib.