...

Dəməşqdə partlayış: 20 ölü (YENİLƏNİB-3)

Dünya xəbərləri Materials 3 İyul 2017 04:16 (UTC +04:00)
Suriyanın Dəməşq şəhərində baş verən partlayış nəticəsində ölənlərin sayı 13, yaralananların sayı 29 nəfərə çatıb
Dəməşqdə partlayış: 20 ölü (YENİLƏNİB-3)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 10:28-də yayımlanıb)

Bakı. Trend:

Suriyanın Dəməşq şəhərində baş verən partlayış nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.

Trend bu barədə "RİA Novosti"yə istinadən xəbər verir.

XXX

22:36

Suriyanın Dəməşq şəhərində baş verən partlayış nəticəsində ölənlərin sayı 13, yaralananların sayı 29 nəfərə çatıb.

Bu barədə Trend "RİA Novosti"yə istinadən xəbər verir.

XXX

11:32

Dəməşqin mərkəzi Təhrir meydanında baş verən partlayış nəticəsində 8 nəfər ölüb, daha 12 nəfər xəsarət alıb.

Trend-in məlumatına görə, Suriya dövlət televiziyası bildirir ki, Dəməşqin mərkəzində bir necə partlayış olub.

X X X

10:28

Dəməşqin mərkəzi Təhrir meydanında intiharçı-terrorçu özünü partladıb.

Trend-in məlumatına görə, partlayış nəticəsində ölən və yaralanan var, lakin onların sayı dəqiq açıqlanmır.

Bildirilir ki, terrorçular silsilə partlayışlar törətmək niyyətində olublar, lakin polis əməkdaşların müdaxiləsi nəticəsində iki terrorçu zərərsizləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti