...

Türkiyədə Gürcüstanın uşaq ansamblını daşıyan avtobus qəza törədib: 38 yaralı (YENİLƏNİB)

Dünya xəbərləri Materials 16 İyul 2017 13:49 (UTC +04:00)
Türkiyənin Girəsun şəhərinin yaxınlığında Gürcüstandan olan "Lampberi" uşaq ansamblını daşıyan avtobus qəza törədib
Türkiyədə Gürcüstanın uşaq ansamblını daşıyan avtobus qəza törədib: 38 yaralı (YENİLƏNİB)

Bakı. Trend:

Türkiyənin Girəsun şəhərinin yaxınlığında Gürcüstandan olan "Lampberi" uşaq ansamblını daşıyan avtobus qəza törədib.

Trend-in "Apsny.ge"yə istinadən verdiyi məlumata görə, qəza nəticəsində 38 nəfər xəsarət alıb. Xəsarət alanlar şəhərin bir neçə xəstəxanasına yerləşdirilib.

Məlumata əsasən, qəza avtobusun təkərinin partlaması nəticəsində baş verib.

XXX

10:54

Türkiyənin Girəsun şəhərinin yaxınlığında Gürcüstandan olan tələbələri daşıyan turist avtobusu qəza törədib.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, qəza nəticəsində 23 nəfər xəsarət alıb.

İlkin məlumata əsasən, qəza avtobusun təkərinin partlaması nəticəsində baş verib. Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti