...

ABŞ-dan ETİRAF: İŞİD-ə qarşı zərbələrdə 624 dinc sakin ölüb

Dünya xəbərləri Materials 4 Avqust 2017 17:50 (UTC +04:00)
2014-cü ilin avqust ayından başlayaraq ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın İraq və Suriyada İŞİD mövqelərinə zərbələri nəticəsində azı 624 dinc sakin həlak olub
ABŞ-dan ETİRAF: İŞİD-ə qarşı zərbələrdə 624 dinc sakin ölüb

Bakı. Trend:

2014-cü ilin avqust ayından başlayaraq ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın İraq və Suriyada İŞİD mövqelərinə zərbələri nəticəsində azı 624 dinc sakin həlak olub.

Trend-in məlumatına görə, bu barədə koalisiyanın qərargahı tərəfindən yayılan hesabatda deyilir.

Hesabatda qeyd olunur ki, bu zərbələr təkcə aviasiya deyil, həm də artilleriya zərbələrini də əhatə edir.

Bundan başqa hesabatda bildirilir ki, bu ilin iyun ayı ərzində 21 dinc sakin zərbələrin qurbanı olub.

Xəbər lenti

Xəbər lenti