...

Taylandda turist avtobusu qəza törətdi - 23 yaralı

Dünya xəbərləri Materials 7 Avqust 2017 11:10 (UTC +04:00)
Taylandda Pxuket adasında Patonq Biç rayonunda turistləri aparan avtobusun iştirakı ilə zəncirvari qəza baş verib.
Taylandda turist avtobusu qəza törətdi - 23 yaralı

Bakı. Trend:

Taylandda Pxuket adasında Patonq Biç rayonunda turistləri aparan avtobusun iştirakı ilə zəncirvari qəza baş verib. Trend-in məlumatına görə, yerli yol polisi idarəsi qəza nəticəsində 23 nəfərin yaralandığını bildirib.

Məlumata görə, yaralılar arasında Çin və Yaponiyadan olan turistlər də var.

Polis insidentlə bağlı bildirib ki, turistləri aparan avtobus idarəetməni itirərək yoldan çıxıb, maneəyə dəyərək aşıb. Qəzanın səbəbi kimi isə sürücünün ərazini və avtotrası yaxşı tanımamsı ehtimal edilir.

Xəbər lenti

Xəbər lenti