...

Kanadada teleqüllə yanıb

Dünya xəbərləri Materials 16 Avqust 2017 19:56 (UTC +04:00)
Kanadanın Toronto şəhərində televiziya qülləsində yanğın olub.
Kanadada teleqüllə yanıb

Bakı. Trend:

Kanadanın Toronto şəhərində televiziya qülləsində yanğın olub.

Trend-in məlumatına görə, Si-En-Tauer qülləsində yerli vaxtla səhər saat 4 radələrində başlayan alovu 3 saatdan sonra söndürmək mümkün olub. Hadisə zamanı qüllədə olan təmizləyicilər təxliyə edilib. Yanğında xəsarət alan olmayıb.

Hündürlüyü 550 metr olan teleqüllə şəhərin ən görməli yerlərindən hesab edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti