Bakı. Trend:
İspaniyada növbəti terror aktı baş verib.
Trend-in "24 Horas" telekanalına istinadən verdiyi xəbərə görə, Kambrils şəhərində terrorçular avtomobili insanların üzərinə sürüblər.
Hadisə nəticəsində ikisi ağır olmaqla 5 nəfər xəsarət alıb. Bildirilir ki, polisin xüsusi əməliyyatı zamanı 4 terrorçu məhv edilib, daha biri yaralanıb. Həmçinin atışma nəticəsində bir polis əməkdaşının yaralandığı bildirlir.
Qeyd edək ki, Barselonada törədilmiş terror aktı nəticəsində 13 nəfər ölüb, 100 nəfər xəsarət alıb. İŞİD terror təşkilatı terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.