...

Londonda zərgərlik mağazasından 2,3 milyon dollarlıq oğurluq olub

Dünya xəbərləri Materials 25 Avqust 2017 20:45 (UTC +04:00)
Londonda zərgərlik mağazasından 1,8 milyon funtsterlinq (2,3 milyon dollardan artıq) dəyərində zinət əşyaları oğurlanıb.
Londonda zərgərlik mağazasından 2,3 milyon dollarlıq oğurluq olub

Bakı. Trend:

Londonda zərgərlik mağazasından 1,8 milyon funtsterlinq (2,3 milyon dollardan artıq) dəyərində zinət əşyaları oğurlanıb.

Trend-in məlumatına görə, soyğunçuluqda 8 nəfər iştirak edib. Onlardan 3-ü çəkic və lomla divarı deşib və içəri giriblər, digərləri isə çöldə vəziyyətə nəzarət ediblər.

Soyğunçular 3 saat mağazada olublar. Oğurlanan zinət əşyaları arasında qızıl və almaz boyunbağı, bilərzik və sırğalar var.

Hələlik hadisəni törədənlər tapılmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti