ABŞ-da güclü qasırğa 155 min insanı işıqsız qoydu

Bakı. Trend:
ABŞ-ın Texas ştatında güclü “Harvi” qasırğası nəticəsində Kоrpus-Kristi şəhərində 155 min insan elektrik enerjisiz qalıb. Bu barədə Trend xarici mətbuata istinadən xəbər verir.
Qasırğa avqustun 26-sı gecə saatlarında Texasın sahilyani ərazilərindən başlayıb. Qasırğanın mərkəzində küləyin sürəti saatda 215 km-ə çatıb.
Qasırğanın epsentrinə düşən ərazilərin sakinləri təxliyə edilib, digər ərazilərdə isə əhaliyə texniki təhlükəsizliklə bağlı təlimat verilib.
Güclü qasırğa Texası cənginə alır - Tramp əhaliyə müraciət etdi (VİDEO)