Bakı. Trend:
BMT-nin fövqəladə vəziyyətə reaksiya üzrə Mərkəzi fondundan Myanma qaçqınlarına yardım qismində 7 milyon dollar ayrılacaq.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, BMT baş katibinin humanitar məsələlər üzrə müavini Mark Loukok xəbər verir.
O, həmçinin Myanmadan qaçanların təhlükəsizliyini və humanitar yardımdan maneəsiz istifadəni təmin etməyə çağırıb.