...

"İrma" qasırğası Floridaya çatıb

Dünya xəbərləri Materials 11 Sentyabr 2017 00:18 (UTC +04:00)
"İrma" qasırğası ABŞ-ın Florida ştatının cənub-qərb sahillərində yerləşən Marko adasının ərazisinə çatıb
"İrma" qasırğası Floridaya çatıb

Bakı. Trend:

"İrma" qasırğası ABŞ-ın Florida ştatının cənub-qərb sahillərində yerləşən Marko adasının ərazisinə çatıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, qasırğa nəticəsində 30 milyondan çox insan xəsarət ala bilər. Floridanın 6,3 milyon sakini təxliyə edilməlidir. Hazırda 114 minə yaxın insan 500 müvəqqəti sığınacaqlarda yerləşdirilib.

Qeyd edək ki, "İrma" qasırğası 3-cü dərəcəyə qədər zəifləyib və hazırda küləyin maksimal sürəti saatda 185 kilometrə çatır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti