...

Floridada qasırğa 8 ahılın ölümünə səbəb olub (YENİLƏNİB)

Dünya xəbərləri Materials 14 Sentyabr 2017 01:43 (UTC +04:00)
"İrma" qasırğasının tüğyan etdiyi ABŞ-ın Florida ştatında enerjisi kəsilən qocalar evində ölən ahılların sayı 8-ə çatıb
Floridada qasırğa 8 ahılın ölümünə səbəb olub (YENİLƏNİB)

Bakı. Trend:

"İrma" qasırğasının tüğyan etdiyi ABŞ-ın Florida ştatında enerjisi kəsilən qocalar evində ölən ahılların sayı 8-ə çatıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə şəhər polisi məlumat yayıb.

XXX

19:34

"İrma" qasırğasının tüğyan etdiyi ABŞ-ın Florida ştatında enerjisi kəsilən qocalar evində 5 ahıl insan ölüb.

Trend-in məlumatına görə, Brouard mahalının meri Barbara Şerief bildirib ki, ölənlərdən 3-ü qocalar evinin binasında, 2-si isə xəstəxanada keçinib.

Ahıllar evindən 120 nəfər təxliyə edilib.

"İrma" qasırğası son 10 ilin ən güclü qasırğası hesab edilir. Artıq təbii fəlakət qurbanlarının sayı 20-dən çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti