Bakı. Trend:
Perunun “Masamari” aviabazasında ölkənin Hərbi-Dəniz Qüvvələrinə məxsus “An-32” təyyarəsi polis məntəqəsinə çırpılıb.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, toqquşmadan qabaq təyyarənin uçuş-eniş zolağından kənara çıxıb. Təyyarədə təxminən 70-dək hərbçi olub.
İlkin məlumata əsasən, toqquşmaya səbəb təyyarənin əyləc sistemində problemin olması olub. İnsident nəticəsində zərərçəkənlərin olmadığı bildirilir.