Bakı. Trend:
İsveçin paytaxtı Stokholmda iqtisadiyyat üzrə 2017-ci il Nobel mükafatının laureatı məlum olub.
Trend-in məlumatına görə, bu mükafata ABŞ-lı iqtisadçı Riçard Taler layiq görülüb.
O, “davranış iqtisadiyyatı” sahəsində apardığı tədqiqatlara görə bu mötəbər mükafatı əldə edib.
Qeyd edək ki, digər sahələrdən fərqli olaraq iqtisadiyyat üzrə Nobel mükafatı 1968-ci ildən təltif edilir.